| Geriyəi | Mündəricat |
Bismillahir rəhmanir rəhim
Qiyamət vaqe olacağı vaxt, (1) Onun vaqe olmasını heç kəs dana bilməz! (2) O alçaldacaq, ucaldacaqdır. (3) Yer hərəkətə gəlib şiddətlə titrədiyi, (4) Dağlar parça-parça olub ovxalandığı, (5) Və toz kimi səpələndiyi zaman, (6) Siz üç zümrəyə ayrılacaqsınız. (7) Sağ tərəf sahibləri. Kimdir onlar?! (8) Sol tərəf sahibləri. Kimdir onlar?! (9) Və bir də öndə olanlar, öndə olanlar! (11) Bunlar yaxın olanlardır. (10) Bunlar Nəim cənnətlərində olacaqlar. (12) Çoxu əvvəlkilərdən, (13) Az bir qismi sonrakılardandır. (14) Onlar qızıl-gümüş, lə`l-cəvahiratla bəzənmiş taxtlar üstündə qərar tutacaq, (15) O taxtlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. (16) Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar, (17) Cənnət bulağından axan dolu piyalələr, kuzələr, qədəhlərlə. (18) O şərabdan başları ağrımaz və keflənməzlər. (19) Bəyənib seçdikləri meyvələr (20) Və istədikləri hər cür quş əti ilə onların dövrəsində fırlanacaqlar. (21) İri gözlü, qəşəng hurilər də vardır. (22) O hurilər sanki sədəf içində gizlənmiş incidirlər. (23) Onlar (bu ne`mətlərə) etdikləri yaxşı əməllər müqabilində nail olacaqlar. (24) Onlar cənnətdə nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. (25) Eşitdikləri söz ancaq “salam” və yenə də “salam” olacaqdır. (27) Sağ tərəf sahibləri! Kimdir onlar?! Onlar tikansız sidr ağacları, (28) Salxım-salxım sallanmış möüz ağacları altında, (29) Çəkilməyən daimi kölgəliklərdə, (30) Axar su kənarında, (31) Bol meyvələr (32) Tükənməz və qadağan edilməyən meyvələr içində, (33) Və hündür döşəklər üstündə olacaqlar. (34) Şübhəsiz ki, Biz Cənnət qadınlarını başqa cür yaradacağıq! (35) Onları bakirə qızlar, (36) Ərlərini sevən, həmyaşıdlar edəcəyik. (37) Sağ tərəf sahibləri! (38) Onların bir qismi əvvəlkilərdən, (39) Bir qismi də sonrakılardandır. (40) Sol tərəf sahibləri! Kimdir onlar?! (41) Onlar səmum yeli və qaynar su içində, (42) Qapqara duman kölgəsində olacaqlar! (43) O kölgə nə sərin, nə də xoşa gələndir. (44) Onlar bundan əvvəl naz-ne`mət içində idilər. (45) Özləri də böyük günah içində israr edib dururdular. (46) Və belə deyirdilər: Əcəba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən diriləcəyikmi?! (47) Yaxud bizdən əvvəl gəlib getmiş atalarımız da diriləcəklərmi?! (48) De ki: Əvvəlkilər də, sonrakılar da , (49) Mə`lum bir günün müəyyən bir vaxtında mütləq cəm ediləcəklər. (50) Sonra, siz ey yalançılar, haqq yoldan azanlar! (51) Şübhəsiz ki, Zəqqum ağacının meyvəsindən yeyəcəksiniz, (52) Qarınlarınızı onunla dolduracaqsınız. (53) Üstündən də qaynar su içəcəksiniz. (54) Özü də susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz. (55) Bu onların haqq-hesab günündəki ziyafətidir. (56) Biz sizi yoxdan yaratdıq. Məgər təsdiq etməzsiniz? (57) Bəs axıtdığınız nütfəyə nə deyirsiniz? (58) Ondan yaradan sizsiniz, yoxsa Biz? (59) Sizin aranızda ölümü əvvəlcədən Biz müəyyən etdik. Və Biz heç də aciz deyilik, (60) Sizi yox edib yerinə başqalarını gətirməkdən və sizi özünüz də bilmədən başqa bir şəkildə yaratmaqdan! (61) And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə heç düşünmürsünüz?! (62) Bəs əkdiyiniz toxuma nə deyirsiniz? (63) Onu bitirən sizsiniz, yoxsa Biz?! (64) Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məttəl qalıb, (65) Biz ziyana uğramış, (66) Bəlkə, məhrum olmuş kimsələrik! – deyərdiniz. (67) Bəs içdiyiniz suya nə deyirsiniz? (68) Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! (69) Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükür etmirsiniz? (70) Bəs yandırdığınız oda nə deyirsiniz? (71) Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?! (72) Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. (73) Belə olduqda, sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et! (74) Ulduzların mənzillərinə and olsun ki, (75) Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz! (76) (sizə oxunan bu kitab) çox qiymətli Qur`andır. (77) O qorunub saxlanılan bir kitabdır. (78) Ona yalnız pak olanlar toxunar! (79) O aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. (80) İndi siz bu kəlamı yalan sayırsınız? (81) Rəbbinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz? (82) Can boğaza yetişdiyi zaman, (83) Siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). (84) Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! (85) Əgər sizdən (dediyiniz kimi, Qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, (86) Və əgər (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda doğrusunuzsa, bəlkə o canı geri (bədənə) qaytarasınız? (87) Amma əgər ölən kimsə (Allaha) yaxın olanlardandırsa, (88) Onu rəhmət, gözəl ruzi və Nəim cənnəti gözləyir! (89) Əgər o, sağ tərəf sahiblərindəndirsə, (90) Ona “sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir. (91) Əgər ölən kimsə (Allahın ayələrini, mö`cüzələrini) yalan sayanlardan və haqq yoldan azanlardandırsa, (92) Ona qaynar su ziyafəti veriləcək, (93) Və özü də Cəhənnəmə atılacaqdır. (94) Şübhəsiz ki, bu təkzibolunmaz həqiqətdir! (95) Elə isə sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et! (96)
Allahdan diləyimiz budur ki, bizi dünya və Axirətdə Öz xas rəhmətinə qovuşdursun və İlahi əzabdan amanda saxlasın!
Amin! Ya Rəbbəl aləmin!
[1]Ənfal surəsi, 41-ci ayə
[2]Biharul-Ənvar, 74-cü cild, 339-cu səh.
[3]Fürudin: Namaz, oruc, xums, zəkat, həcc, cihad, əmrbe mə`ruf, nəhyəzmünkər, təvəlla, təbərra.
[4]Saffat surəsi 20 və 24-cü ayələr
[5]Ənfal surəsi, 41-ci ayə
[6]Biharul-Ənvar, 12-ci cild,səh. 57, hədis-38
[7]Biharul-Ənvar, 15-ci cild, səh. 127, hədis-67
[8]Vəsail-şiə, 6-cı cild, səh.378; Kəmalüd-Din, 2-ci cild, 522-ci səh.
[9]Vəsail-şiə, 6-cı cild, səh.378
[10]Vəsail-şiə, 6-cı cild, səh.378
[11]Vəsail-şiə, 6-cı cild, səh.386
[12]Bəqərə surəsi, 263-cü ayə
[13]Bəqərə surəsi, 267-ci ayə
[14]Ali-İmran surəsi, 97-ci ayə
[15]Zümər surəsi, 7-ci ayə
[16]Fatir surəsi, 15-ci ayə
[17]Məhəmməd surəsi, 38-ci ayə
[18]Tozihil-məsail, Lənkərani, 1817-ci məsələ
[19]Tozihil-məsail, Fazil Lənkərani, 1821-ci məsələ
[20]Tozihil-məsail, Fazil Lənkərani, 1822-ci məsələ
[21]Tozihil-məsail, Fazil Lənkərani, 1830-cu məsələ
[22]Tozihil-məsail, Fazil Lənkərani, 1855-ci məsələ
[23]Tozihil-məsail, Fazil Lənkərani, 1858-ci məsələ
[24]Tozihil-məsail, Fazil Lənkərani, 1863-cü məsələ
[25]Tozihil-məsail, Fazil Lənkərani, 1873-cü məsələ
[26]Tozihil-məsail, Fazil Lənkərani, 1886-cı məsələ
[27]Tozihil-məsail, Fazil Lənkərani, 1786-cı məsələ
[28]Tozihil-məsail, Fazil Lənkərani, 1777-ci məsələ
[29]Tozihil-məsail, Fazil Lənkərani, 1762-ci məsələ
[30]Tozihil-məsail, Fazil Lənkərani, 1755-ci məsələ
[31]Tozihil-məsail, Fazil Lənkərani, 1754-cü məsələ
[32]Tozihil-məsail, Fazil Lənkərani, 1798-cü məsələ
[33]Ürvətul-Vüsqa, 2-ci cild, səh.206
[34]Nəhcül-Bəlağə, 190-cı kəlamdan
[35]Tozihil-məsail, Fazil Lənkərani, 1931-ci məsələ
| Geriyəi | Mündəricat |