Şiənin e`tiqadi inancları, Quranda qeyd olunan və mə`sum imamların sonradan təfsir və şərhləri ilə bəyan olunan islamın əsl üsullarıdır. Quran və hədisdən istifadə edərək, şiə alimlərinin əqli, rəvayi və təfsiri təlaşları, bu inanclara xüsusi bir nəzm və qayda bağışlayaraq, elm və mə`rifət xəzinəsi yaratmışdır.
Şübhəsiz, tövhid şiə inanclarının önündə durur və bu məktəbdə, dərin kök salmışdır. Belə ki, şiənin tövhid barəsindəki hədislər toplusuna nəzər salan hər bir kəs, onlardan çox önəmli dərslər öyrənir. Şiələrin birinci imamının “Nəhcül-bəlağə” dəki tövhidi xütbələri, hamını tə`cübə gətirmişdir. Mə`sum imamlardan bizə yetişən dua və minacatlar da, Kumeyl, Əbu Həmzə Somali duaları, Şə`baniyyə minacatları və s... tövhidin saf suyundan faydalanıb, bir olan Allaha bağlılığın doğru yoludur. Şiə məzhəbinin üsulunda tövhid, birinci əsldir və bütün şeylər tövhidlə əlaqələndirilir.
Tövhid tə`limləri, hər bir şiəni, Allahdan qeyrisindən uzaq olmağa və şirkə bulanmaqdan çəkinməyə vadar edir. Amma çox təssüf ki, müsəlman firqələrinin içində, kök və əsli olmayan vəhhabilik şiənin tövhidinin xalis olmasında, şək və şübhə yaradıb, şəfaət, ziyarət, təvəssül və bu kimi əqidələri, şirk əməlləri tanıtdıraraq, əsassız iradlar bəyan etmişlər. Şiə alimləri, hətta sünnilərin bə`zi insaflı və həqiqət axtaran alimləri bu töhmət və iradlara cavab verib, qiymətli əsərlər yazmışlar. Bu əsərlərdən biri, bu beş cildli kitabdır ki, onda Ayətullah Seyid Həsən Tahiri Xürrəm abadi, aşağıdakı beş mövzuda, şiənin inanclarını Quran və hədislərdən, həmçinin əhli-sünnənin qədimi və əsl mənbələrindən istifadə edərək, bəyan etmişdir:
1. Tövhid və ziyarət.
2. Quranın təhrif olmaması.
3. Dua və təvəssül.
4. Təbərrük və qəbirlər.
5. Şəfaət.
Ümid edirik ki, bu kitab, şiə əqayidini tanıtdırmaq üçün irəliləyiş olub, elm və insaf əhlinə faydalı olsun.
Vəhhabilik firqəsinin ardıcılları, Peyğəmbər və övliyaların insana şəfaətçi olmaları üçün, yalnız Allahdan şəfaət istəməyə e`tiqadlıdırlar. Peyğəmbər (s), övliya və salehlərin hər birindən bir başa şəfaət istəməyi isə, böyük şirk bilirlər.
Əlbəttə, açıq və möhkəm dəlilləri olmadıqlarından, daha çox xitabə edib, şüar verirlər. Bununla belə onların dəlillərini zikr edib, sonra onlara cavab veririk.
Onların sözlərindən istifadə olunan məsələlərdən biri budur ki, deyirlər: “Əş-şəfaətu kulluha lillah” şəfaət ümumiyyətlə Allaha məxsusdur.[1] Bu məsələ üçün Quran ayələrinə istinad etmişlər. “Şəfaət Allaha məxsusdur” cümləsindən məqsəd, Allahın bir şəxsin yanında şəfaət etməsi deyil. Çünki Allahdan üstün bir varlıq yoxdur ki, Allah onun yanında şəfaətçi olsun. Onlar deyirlər: Şəfaət onun əlindədir və Allahın icazəsi olmadan heç kəsin şəfaət haqqı yoxdur. Bu cümlə əslində doğrudur. Quran ayələrindən də bu məsələ istifadə olur. Bu şərif ayə kimi:
” مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ“
“Allahın izni olmadan, Onun yanında kim şəfaət edə bilər?”.[2]
Onların sözləri budur ki, şəfaət, Allahın işidir və buna görə də, belə bir işi Allahdan qeyrisindən tələb etmək şirkdir. Bu söz bir məntiqi müqayisədən qaynaqlanır. Bu müqayisənin birinci mülahizəsi budur: Şəfaət Allaha məxsus işdir. İkinci mülahizəsi isə belədir: “Allaha məxsus olan hər bir işi, Allahdan qeyrisindən istəmək şirkdir”.
Bu arqumentin oxşarına, qeyri şəfaətdə də etiqadlıdırlar; Peyğəmbər (s) və imamlar (ə)-dan hacət istəmək kimi və deyirlər. Allaha məxsus işi, Allahdan qeyrisindən istədiyinə görə müşrikdir.
Bu dəlilin aydın olması üçün, əvvəlcə neçə sual bəyan edirik, sonra cavablandırırıq.
Birinci sual: Bu dəlilin ikinci mülahizəsindən məqsəd nədir? Əlbəttə, qəbul edirik ki, “şəfaət işi onun əlindədir” və bu məsələ Quran ayələrində açıqca bəyan olunub; Amma bu sözlələri: “Allahın işini, Allahdan qeyrisindən istəmək şirkdir” nə deməkdir?
Qeyri-mümkün işi bir şəxsdən istəməyin şirk olub-olmaması, Məhəmməd bin Əbdül Vəhhab və digərlərinin sözlərində izah verilmir. Hətta onların sözlərində bir cürə icmal və ixtilafın gözə çarpdığın demək olar. Amma onların sözlərinə daha çox diqqət edəndə, bir məsələ ilə qarşılaşırıq ki, bəlkə onunla, bu dəlili bir cürə yozub və izah etmək mümkün olsun. Onlar deyirlər: “Allahdan qeyrisinin gücü çatmadığı bir işi, Ondan qeyrisindən istəmək, şirkdir”.[3]
O yerlərdən biri, “Əlhədiyətus-sünniyyə” kitabından bir ibarətdir. Bu kitab neçə məqalə toplusudur. Onların mötəbər kitablarındandır və ondan çox istifadə edirlər. Kitabın ikinci məqaləsində deyir:
“Biz şəfaəti doğru bilirik .... bu formada ki, deyək: “İlahi! Bizim peyğəmbərimiz Məhəmməd (s) – i qiyamət günündə bizə şəfaətçi qərar ver”. Ya deyək:
“İlahi! Saleh bəndələrini ya mələklərini bizə şəfaətçi qərar ver”. Belə ki, Allahdan istəyək, nəinki onlardan. Belə demək olmaz: Ey Allahın Rəsulu! Ya ey Allah vəlisi! Mən səndən şəfaət istəyirəm.Ya digər işlər, (xəstənin şəfası kimi) hansı ki Allahdan qeyrisinin ona qüdrəti yoxdur. Deməli, belə bir hacəti bərzəxdə olan bir kəsdən istəmək, şirkin qisimlərindən biridir”.[4]
O bu ibarəti ki deyir: “deyilməməlidir” çalışır bir ümumi qayda düzəltsin ki, şəfaətə və hər bir başqa hacət istəməyə şamil olsun. Dəlili də budur ki, Allahdan başqa heç bir kəsin qüdrəti yoxdur və belə bir istəmələri şirk sayır.
İkinci yer, həmin kitabın əvvəlinci məqaləsində belə gəlmişdir:
“Hər bir müsəlmana qəsdini Allahına tərəf yönəltməsi, Allaha üz tutması, Allaha təvəkkül edib və onun bəndəlik haqqını yaxşıca yerinə yetirməsi vacibdir.Belə olduqda, Allah pərəst dünyadan gedərsə, Allah da Peyğəmbərlərini onun üçün şəfaətçi qərar verəcək. Bu vəzifəni tərk edib, onun əksini yerinə yetirən, Allahdan qeyrisinə üz tutub, ona təvəkkül edən, Allahdan qeyrisinə ümidli olan vəAllahdan qeyrisindən baş verə bilməyən işlərdə, Ondan qeyrisinə pənah aparıb, şəfaət istəyib və ona təvəkkül edən şəxsin əksinə olaraq. Fərq etmir, Peyğəmbər(s)-dən istəsin ya qeyri peyğəmbərdən. Belə istəklər müşriklərin iş və əqidəsidir. Dünyada bütün fitnələr yalnız həmin e`tiqadlarla yarandı”.[5]
Buna əsasən, bir şəxs peyğəmbər (s)-in ona şəfaət edəcəyinə ümidi olarsa, halbuki şəfaət Allahın əlindədir ya onun xəstəsinə şəfa verəcəyinə ümidi olarsa, bu müşriklərin əqidəsi olacaq. Onun dəlili də şəfaət və şəfanın Allah əlində olmasıdır. Xəstənin şəfa tapması barəsində də Qur`ani- kərim İbrahim peyğəmbər (s)-in dilindən buyurur:
”وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ “
“Xəstələnən vaxt, O (Allah) mənə şəfa verir” .[6]
Beləliklə, bu şəxs, Allahdan qeyrisi üçün mümkün olmayan bir işə ümid edib və onu tələb etdiyinə görə müşrik olmuşdur.
Gördüyünüz kimi, bu ibarətlərdə də, me`yarı bu cümlə ilə bəyan edir: yalnız Allah tərəfindən mümkün olan bir işi, Allahdan qeyrisindən istəmək, şirkdir.
Başqa ibarət, Məhəmməd bin Əbdül-Vəhhabın ərbə` qəvaid məqaləsindəki sözüdür ki, Mərhum Əmin, Kəşful irtiyabda onu nəql etmişdir. O deyir:
“Şəfaət iki qisimdir: Mənfi Şəfaət və müsbət şəfaət. Mənfi şəfaət, Allahdan qeyrisinin gücü çatmadığı işlərdə, Allahdan qeyrisindən istənilən şəfaətdir. Çünki Allah-taala buyurur:
“Ey iman gətirənlər! Alışverişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər isə zülm edənlərdir!” [7].[8]
Bu mübarək ayədə, şəfaət inkar edilmişdir. Məhəmməd bin Əbdül vəhhab deyir: “Şəfaət, Allahdan qeyrisinin gücü çatmadığı işlərdən olduğuna görə, onu Allahdan qeyrisindən istəmək olmaz və axirətdə də belə bir şəfaət yoxdur”. Ardınca deyir:
“Müsbət və doğru şəfaət, insanın Allahdan istədiyi şəfaətdir.Şəfaətçinin şəfaət haqqı olduğuna görə əzizlənmişdir. Şəfaətçi, o şəxs üçün şəfaət edər ki, Allah onun söz və işindən razı olsun. Şəfaət etməsi də Allah ona icazə verəndən sonradır necə ki, Qur`an buyurur:” “Allahın izni olmadan, Onun yanında kim şəfaət edə bilər?”.[9]
Gördüyünüz kimi, bu üç ibarətin (hansıki biri də Məhəmməd bin Əbdül-Vəhhabın ibarətidir) eyni məzmunu var, o da budur ki;
Şəfaət və Allahdan qeyrisinin edə bilmədiyi hər bir işi, Allahdan qeyrisindən istəmək doğru deyil və şirkdir. Beləliklə, hacət istəmələrin şirk olması və doğru olmaması barəsində bir ölçü bəyan ediblər.
Bu hacət istəmələr niyə şirkdir? Bu məsələni də açıqlamayıblar. Burada biz onlara kömək etməyə və iddianı yozmağa çalışacağıq. Ona görə də, onların adından bu iddianın yozumunu bu formada açıqlayırıq:
Əgər Allahdan qeyrisinin gücü çatmadığı, yalnız Allahın gücü çatdığı işi, Allahdan qeyrisindən istəsək, bu istək, Allahdan qeyrisinin ilahiliyini lazım tutur. Çünki Allahdan qeyrisin və insanı o işə qüdrətli bilmişik. Həqiqətdə onu qadir bilməsəydik, ondan bir şey istəməyin mə`nası olmazdı. İndiki onu qadir bildik, bu işin Allaha məxsus olmadığına e`tiqadlı olmuşuk. Həm Allah edə bilər, həm də Zeyd, ona görə də şirkə düçar olumuşuq.
Bu, onların sözlərinin açıqlanmasında, ən uzağı yozula bilən bir yozumdur. Əlbəttə, onlar şəfaət istəməyi, ibadətdə şirkə səbəb olmasına inanırlar, bu baxışla ki, dua istəmək, ibadətdir. Ancaq bizim dediyimizə əsasən, şəfaət istəmək, feldə tövhidin əksinə və feldə şirkə səbəb olacaq, Çünki fe`ldə (işdə) Allah üçün şərik qərar vermişik. İndi istidlalın əsası aydın olduğuna görə ona cavab verməyə başlayırıq.
Dediyimiz bu söz: Allahdan qeyrisinin gücü çatmadığı bir işi, Allahdan qeyrisindən istmək şirkdir, nə deməkdir? Əgər məqsədimiz belə olsa ki, Allahdan qeyrisinə deyək: Sən bu işi, Allahdan güc almadan və Allah da sənə qüvvə vermədən bizim üçün elə, məsələn həmin şəfaət məsələsində, Peyğəmbər (s) dən, bizə şəfaət etməsini istəyək, Allahın icazəsi ilə isə heç bir işimiz olmasın, ya bu əqidə ilə ki, Allah icazə verməyib, hətta qadağan edə, Yaxud Peyğəmbər (s) – dən, bizim üçün (bu dünyada ya axirət dünyasında yerinə yetirsin) Allahdan güc və qüvvə almadan, bir işi yerinə yetirməsini istəsək, bu şübhəsiz şirk olacaq və peyğəmbər(s)-ə həmçinin şəfaətə də məxsus deyil, bütün işlərdə və bütün şəxslərdə, bu cür istək şirkdir.
Feldə tövhidin mənası budur. Bu məsələ öz işlərmizdə də belədir. Mənim əgər təsəvvürüm belə olsa ki, Allah tərəfindən güc və qüvvə verilmədən, bir şeyi götürə bilərəm bu şirkdir. Niyə “bihəvlil–lahi və qüvvətihi əqumu və əq`udu” deyirik. Yə`ni mən qalxıram və otururam, amma Onun güc və qüvvəsi ilə.
Hansı müsəlman, peyğəmbərlərdən, bu formada hacət istəyir? Biz Peyğəmbər ya İmamdan bir şey və şəfaət istəyəndə, bu e`tiqadla istəyirikmi?
Belə etiqadımız olsa ki, Peyğəmbər (s) Allah ona icazə, qüdrət və güc vermədən, şəfaətə qadirdir. Ya bizim xəstəyə şəfa verər, ya Həzrət Əbül-fəzl (əleyhis-səlam), Allah ona qüdrət vermədən dua edər və Allahdan istəmədən, şəfa verməyə qadirdir, bu şirkdir. Həqiqətən avam bir şəxsdən soruşsaq ki, Həzrət Əbül-fəzl (ə), sənin övladına necə şəfa verir? Şübhəsiz deyəcək: “Allahdan istəyir və Allah şəfa verir” və ya mümkündür desin: “Allah ona belə bir qüdrət vermişdir”.
Digər mühüm məsələ budur ki, əgər “la yəqdiru ələyhi illəllah” “yalnız Allahın ona qüdrəti çatar” cümləsindəki felə diqqət etsəniz, bunun həqiqətdə fel üçün bölgü olduğunu görərsiz, Çünki bu cümlədəki fel, iki qismə bölünür: Allahdan qeyrisinin gücü çatmadığı iş və Allahdan qeyrisinin də gücü çatdığı iş.
Bu bölgü hansı şərtlədir? “Qüdrəti çatmaz”dan məqsədləri, Allahdan qeyrisinin özü-özündən ona qüdrəti çatmamasıdırmı? Əgər məqsədləri bu olsa, belə bir bölgü düzgün deyil. Çünki bütün işlər belədir və heç kəsin özü-özündən heç bir işə qüdrəti yoxdur. Biz etiqadlıyıq:
”áÇ ãÄËÑ İí ÇáæÌæÏ ÅáÇ Çááå áÇ ãÏÈÑ ááÇãæÑ ÅáÇ Çááå ¡ áÇ ÎÇ᪠áÔÆ ÅáÇ Çááå“
“Allahdan başqa heç bir tə`sir qoyan yoxdur, Allahdan başqa işləri tədbirə salan heç kəs yoxdur, Allahdan başqa varlıqlar üçün, heç bir xaliq yoxdur”.
Əslində, məsələnin cövhərinə nəzər salsaq, aləmdə zatən (özü-özündən) qadir olan bir varlıq yoxdur. Mənim vücudum və varlığım ondandır. Yaranmışların hamısı onun kölgəsidirlər. Günəşin qarşısında duran şəxsin kölgəsi də, əgər O olmasa, kölgə də olmaz. Əgər divar olmasa kölgə də yoxdur. “Əgər bir an naz eləsə, qaliblər sökülərlər”.
Amma məqsəd bu olsa ki, Allahın işidir, lakin bu qüdrəti bəşərə də vermişdir. Məni yaratmış, mənim bədənim üçün əsəb sistemi, beyin, ruh və nəfs qərar vermiş o ruha əmr vermək qüdrətini vermiş ki, əsəb sistemi işə düşür, bir şeyə əl uzadıb və onu götürür ancaq hamısı Allah tərəfindəndir; Əgər Allah bir şəxsə güc və qüdrət versə və o Allahın qüdrət verməsi ilə bir işə qüdrətli olsa, o işi ondan istəmək, niyə şirkdir? Istəmək şirk olarsa onda bizim bir – birmizdən bütün kömək istəmələrimiz, şirk olacaq. Məsələn siz bu xalçanı təkcə götürə bilərsiz amma mən götürə bilmərəm. Çünki sizin güclü əsəb sisteminiz və güclü əliniz var.Bu qüdrəti Allah sizə verib, mən sizdən bunu götürüb və bura qoymağınızı istəyirəm, bu şirkdirmi? Qətiyyən şirk deyil, onların özləri də buna, şirk demirlər.
İndi əgər biz Həzrət Məsih (ə) zamnında olsaydıq və Həzrət Məsih (ə) – dən istəsəydik; Ya ruhulla! Bizim bu ölümüzü dirilt! Əgər Həzrət Məsihi (ə) müstəqil fail bilsək və onu özü-özündən ölüləri diriltməyə qadir bilsək, bu şirkdir. Amma Həzrət Məsih (ə) – dən belə istəsək (necə ki, istəyirdilər) Çünki Allah sənə icazə və qüdrət verib və buyurub:
” وَتُبْرِىءُ الأَكْمَهَ وَالأَبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوتَى بِإِذْنِي[10] “
“Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin.”
Buna əsasən, "mənim bu ölümü dirilt!" sözü, qətiyyən şirk deyil. Keçmiş tayfalar ki, Peyğəmbərlər(ə)-dən möcüzə istəyirdilər. Onlardan uşaqlarının şəfa tapmasını ya ruzilərinin çoxalmasını istəyirdilər, bu istəmələrin mə`nası bu olsa ki, “sən müstəqil formada bu işi et”, bu şirkdir. Amma qətiyən onların istəmələri bu cür olmamışdır.
Beləliklə, cavabın xülasəsi belədir: Əgər biz Allahdan qeyrisindən bir işi istəsək, bu şərtlə ki, onu müstəqil və Allahdan ehtiyacsız fail bilək, bu istək şirkdir, şəfaətə də məxsus deyil və hər bir işdə belədir. Bir işi Allahdan qeyrisindən istəsək, bu şərtlə ki, Allahın qüdrəti və Allahın izni ilə bu işi yerinə yetirsin, nəyin ki, Allaha ehtiyacı olmasın, bu şirk deyil. Şəfaət də belədir. Deməli, şirk deyil.
Yada salınası lazım olan mühüm məsələ budur ki, Vəhhabilərin özü və Məhəmməd bin Əbdül-Vəhhab, Peyğəmbər (s) – in şəfaət etməsini qəbul edirlər. Deməli, Peyğəmbər (s) şəfaət etməyə qadirdir, amma Allahın izni ilə şəfaətə qadirdir, nəyinki özü müstəqil qadir ola. Allah istəməsə Peyğəmbər (s) edə bilməz. Hər halda Peyğəmbər(s) şəfaət etməyə qadirdir, ona gör də özləri (Vəhhabilər) də deyirlər: “Peyğəmbər (s) şəfaəti qəbul olunan şəfaətçidir. Allahdan Peyğəmbər(s)-in bizə şəfaət etməsini və Peyğəmbər(s)-i şəfaətci qərar verməsini istəyirik. İndiki Peyğəmbər(s) onun izni və onun qüdrət və gücü ilə şəfaətə qadirdir. Peyğəmbərdən, bizə şəfaət etməsini istəyirik. Necə ki, Həzrət İsa(ə)-dan (Allahın izni və onun qüdrət və gücü ilə ölüləri diriltməyə qadir idi) istəyirik ki, bizim ölümüzü dirilt. Bu ki, şirk deyil.
Feldə tovhidi nəzərdə tutaraq, Peyğəmbər-Əkrəm (s) bu möcüzəni ya bu işi yerinə yetirdi desək, iradı yoxdurmu?
Allahın vasitələrlə yerinə yetirdiyi işi; yə`ni qüdrətini başqalarına verməsi, bu işi həm Allaha və həm o vasitələrə nisbət vermək olar. Qur`anda da görürsünüz ki, Allah ölüləri diriltmək barəsində buyurur: “ هُوَ يُحْيِي وَيُمِيتُ”[11]
Çoxlu ayələrimiz var ki, yalnız o dirildir və öldürür. Amma eyni halda, Qur`ani-kərim həmin diriltməyi Həzrət İsaya (ə) – da nisbət verir. Həmçinin öldürməyi bə`zən özünə nisbət verir və buyurur: “اللَّهُ يَتَوَفَّى الْأَنفُسَ حِينَ مَوْتِهَا”[12]
Eyni halda başqa yerdə həmin öldürməyi mələklərə nisbət verir.[13]
Ya buyurur: “تَوَفَّتْهُ رُسُلُنَا”[14] “Elçilər və Göndərilənlər, onu qəbz ruh edirlər”.
Ya buyurur: “يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ”[15] “lüm mələyi sizin canlarnızı alır”.
Hər halda vasitələrə bu cür nisbət verməyin iradı yoxdur. Misal üçün, siz əlinizə qələm alıb bir şey yazırsınız. Bu yazını bə`zən özünüz yazırsız, bə`zən də sizdən yuxarı bir şəxs sizə əmr edib, ya rəis öz əlaltısına ya katibəsinə deyir bu məktubu yaz. Burada həm deyə bilərik rəis məktubu yazdı halbuki o yazmayıb, amma məktubun yazılmasına o səbəb olduğuna görə işi ona nisbət veririk. O səbəb failidir və həm işi yazan şəxsə nisbət verə bilərik və deyək bu şəxs məktubu yazıb və bə`zən də nisbəti qələmə veririk və deyirik: Bu qələm çox yaxşı yazır. Həmçinin ələ nisbət veririk. Bunların hamısına nisbət veririk qələm, əl, əmr edən şəxs və yazan, hamısının bir çürə dəxaləti var. Ona görə də işi onların hər birinə nisbət verə bilərik. Hər şeydə bu cürdür, işi həm əvvəlinci səbəbə, həm axırıncı səbəbə və həm ortada olan səbəblərə nisbət vermək olar.
Məhəmməd ibn Əbdül-Vəhhab elə bil bu irada diqqət yetirib və“Kəşfuş – şübəhat” kitabında ona cavab verməyə çalışmışdır.
Bu kitabda “şəfaəti Allahdan istəmək lazımdır” deyəndən sonra belə davam edir: “Əgər bir kəs sizə desə: Allah öz peyğəmbərinə şəfaət izni verib, mən də ondan, Allahın ona bağışladığı şeyi istəyirəm, bunun nə eybi var? Cavab budur ki, bəli Allah Peyğəmbər(s)-ə şəfaət qüdrəti verib, ancaq səni şəfaət istəməkdən nəhy edib, buyurub:
“Allahla yanaşı başqa bir kəsi çağırmayın. (Heç bir kəsdən hacət istəməyin.) ”.[16].[17]
Burada, irada düzgün cavab vermək əvəzinə, öz ardıcıllarına, bəhs və cədəl etməyi öyrədir və deyir bu cür bəhs et.
Əlbəttə bu ayəyə istinad, onların sözlərinin bə`zisində görə çarpır ki, onun barəsində bəhs edəcəyik. Amma “Ərbəu – qəvaid” risaləsindən gətirdiyimiz sitatda, arqumentin əsası bu idi: “Allahdan qeyrisinin gücü çatmadığı işi, Allahdan qeyrisindən istəmək olmaz, əks təqdirdə şirkdir”.Qeyd etdiyimiz, məntiqi müqayisə bu idi ki, şəfaətlərin hamısı ona məxsusdur. Şəfaət qüdrəti, şəfaət izni, şəfaət əmri onun əlindədir. Deməli, yalnız Allahın ona qüdrəti var və belə bir şeyi Allahdan qeyrisindən istəmək şirkdir. Bu, onların arqumenti idi.İndi bu irad onlara edilir ki, əgər Allah öz Peyğəmbərinə şəfaət izni və qüdrəti veribsə, ondan şəfaət istəmək də Allahın ona bağışladığı işi istəməkdir və bu şirk olmamalıdır. Bu irada cavab vermək əvəzinə deyir: “Sən qadağan olunubsan ona görə də, istəməməlisən!”. Bu, insanları yanıltmaqdır.
İradı aradan qaldırmaq üçün verdiyi cavab budur:
“Şəfaət qeyri peyğəmbərə də verilmişdir, ona görə də mələklərin və övliyaların şəfaət etmələri doğrudur. Amma görəsən onun mənası budur ki, Allah onlara şəfaət haqqı verib və mən də onlardan şəfaət istəməliyəm? Əgər belə bir əqidən olsa, onda salehlərə ibadət etmisən və buda şirkdir.Hansıki Allah öz kitabında onu bağışlanmayan zikr etmişdir. Əgər desən: yox, onda öz sözün batil olacaq ki, deyirdin: Allah ona şəfaət haqqı vermişdir və mən ondan, Allahın ona verdiyi şeyi istəyirəm”.[18]
Əgər diqqət etsəniz, arqumentin “Dəlil müddəanın özüdür” olmasını görərsiz: Ümumiyyətlə bəhs budur ki, Peyğəmbər(s) və övliyalardan həmçinin mələklərdən şəfaət istəmək şirkdir ya şirk deyil? O verdiyi cavabda, qətiyyətlə şirk saymışdir. O deyir: Sənin tərəf müqabilin deyərsə: bəli, biz şəfaət istəyirik. Ona de: Sən salehlərə pərəstiş etmisən, hansı ki, Allah onu şirk qərar vermişdir. Bizim bəhsimiz budur ki, şəfaət istəmək, ibadət və pərəstişdir ya yox? Onlar bunu dəlil kimi qeyd etmişdir ki, şəfaət istəmək ibadət olduğuna görə şirkdir. Halbuki şəfaət istəməyi əslən ibadət bilmirik. Deməli, onun dəlili, müddəanın özüdür.
Biz deyirik: xeyir! Şirk deyil. Allah şəfaəti salehlərə bağışlayıb, necəki Peyğəmbər(s)-ə də bağışlamışdır. Deməli, həm peyğəmbərdən və həm də salehlərdən şəfaət istəmək olar. Dediyi bu söz” Salehlərin pərəstişinə düçar olmusan” bu sözün əvvəlidir və biz qəbul etmirik, Çünki, dəlil müddəanın özü və müddəanı dəlil qərar verməkdir.
Biz soruşuruq, Qur`anın harasındadır ki, əgər salehlərdən şəfaət istəsəniz, ona ibadət etmisiz? Hansı təfsirçi bunu demişdir ki, Qur`ana nisbət verirsiz və deyirsiz:
“Allah öz kitabında, onu bağışlanmayan şirk, zikr edib”.
Bəli, Allahdan qeyrisinə ibadət, Qur`anda şirk sayılmışdır. Amma şəfaət istəmək, qətiyyən ibadət deyil, əksinə hacət və duan istəməkdir. Yə`ni Ey Allahın Rəsulu! Dua edib Allahdan bizim günahlarmızı bağışlamasını istə, bu ibadətdirmi? İbadətin xüsusiyyətləri vardır və şəfaət istəməkdə o xüsusiyyətlər yoxdur.
Əlbəttə, mümkündür desinlər, islamdan qabaq “lat” adında bütə pərəstiş olunmuşdur. Bəli “lat” Allahın saleh bəndələrindən birinin adıdır ki, camaat onun xatirəsinə bir heykəl düzəltdilər və yavaş – yavaş bütə çevrildi və adını “lat” qoydular və onu pərəstiş edirdilər. Əslində o bütə pərəstiş edirdilər, nəinki saleh bəndəni.
Amma hər halda, şəfaət istəməyin, şəfaətçiyə ibadət olması, bu bəhsin əvvəlidir və heç cürə qəbul ediləsi deyil.
Bu arqumentin, digər bir iradı da var. Çünki bir tərəfdən istinadın əslində deyirlər:
Allahdan başqa bir kəsin qadir olmadığı şeyi Allahdan qeyrisindən istəmək, şirkdir. Başqa tərəfdən, qəbul edirlər və aşkarca deyirlər ki, Peyğəmbər (s), övliya (ə) və mələklər, hətta uşaqlar qiyamət günündə şəfaət edərlər. Deməli, şəfaətin mümkün olması mə`lum olur, lakin “izinlə mümkün” dür.
Sözlərinin birində bu barədə deyir:
“Əgər bir şəxs desə:” Sən Allah Rəsulu (s) – nun şəfaətini inkar edib və özünü bu əqidədən uzaq bilirsənmi? De: xeyr, mən inkar etmirəm, Çünki Peyğəmbər (s) şəfaəti qəbul olan şəfaətçidir və mən də onun şəfaətinə ümidvaram”.[19]
Gördüyünüz kimi, şəfaəti Peyğəmbər (s) üçün mümkün bilir. Hacət istəmək bəhsində deyir: Başqası üçün mümkün olan bir işi istəmək, şirk deyil. Əgər bu iki məsələ, hansı ki, onların öz sözüdür, bir – birinə əlavə olunsa, nəticə bu olur ki, Birinci: Öz etirafınıza əsasən peyğəmbər (s) şəfaət edər. İkinci: Allahdan qeyrisindən, mümkün işi istəmək, şirk deyil ki, bu da özünüzün etirafınızdır. Nəticədə peyğəmbərdən şəfaət istəmək şirk olmayacaq. Deməli, sizin sözlərinizin arasında, ziddiyyət var. Bir tərəfdən deyirsiz: Şəfaət istəmək şirkdir, Allahdan başqa, heç bir şəxs üçün mümkün deyil. tərəfdən deyirsiz: Şəfaət Peyğəmbər (s) üçün mümkündür və mümkünü Allahdan qeyrisindən istəmək şirk deyil. Nəticə də budur ki, şəfaət istəmək, şirk deyil.
Əgər məqsədiniz bu olsa ki, şəfaət Peyğəmbər (s) üçün “özü-özündən” mümkün deyil. Peyğəmbər(s) zatən və özündən qadir deyil, bu məsələnin şəfaətə məxsus olmadığını dedik. Heç bir insan və heç bir iş görənin zatən heç bir işə qüdrəti yoxdur. Hər bir iş görən və hər bir insanın vücudu Allahdandır, qüdrəti də ondandır və heç bir kəsin özü-özündən qüdrəti yoxdur.
Allahın iradə və izninə nəzər etmədən, Həzrət İsa(ə)-da, ölüləri diriltməyə qadir deyildi. Peyğəmbər(s)-də, möcüzələrə qadir deyildi. Biz də öz işlərimizdə beləyik, qadiriksə Allaın izni, gücü və qüvvəsilədir. Əgər məqsədiniz budur ki, şəfaət Peyğəmbər (s) üçün mümkündür, onda özünüz dediyiniz kimi, ümkün işi istəmək şirk deyil. Nəticə alırıq ki, peyğəmbər (s)-dən şəfaət istəmək şirk deyil.
[1] “Kəşful irtiyab”, 208.
[2] “Bəqərə”, 255.
[3] “Kəşful irtiyab”, 207-208.
[4] Həmin
[5] Həmin, s 208.
[6] “Şüəra”, 80.
[7] “Bəqərə”, 254.
[8] “Kəşful irtiyabdan”, nəqlə əsasən, s 208.
[9] “Bəqərə”, 255.
[10] “Maidə”, 110.
[11] “Yunus”, 56.
[12] “Zümər”, 42.
[13] “ Nəhl “, 28 və 32.
[14] “Ən`am”, 61.
[15] “Səcdə”, 11.
[16] “Cin”, 18.
[17] “Kəşfuş – şübəhat”, 15.
[18] “Kəşfuş – şübəhat”, 15.
[19] Həmin, s, 15.